13:20 DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI  |     12:56 Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan hakeri ifşa etdi - Video  |     12:50 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilir  |     12:48 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb (Yenilənib)  |     12:31 Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdəki maddə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər  |     12:11 "OpenAI"dən iddialı hədəf: Şirkət dəyərini 1 trilyon dollara çatdıracaq  |     12:07 Balıkesirdə yenə zəlzələ oldu  |     12:06 Naxçıvanda insanları Bakıdan avtomobil gətirmək vədi ilə aldadan şəxs SAXLANILDI - Video  |     11:53 "Moskva" univermağında hansı qanunsuz işlər aparılıb? - AÇIQLAMA  |     11:47 Bakıda tanınmış müğənninin faciəli ölümünün TƏFƏRRÜATI (Yenilənib)  |     11:37 Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb  |     11:22 Respublika Klinik Uroloji Xəstəxanasının direktoru işdən çıxdı  |     11:16 Xaçmazda qadın öldürüldü - 17 yaşlı oğlu saxlanıldı  |     11:07 Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı  |     22:59 Arzu Əliyeva Qax rayonundan paylaşım edib  |     22:53 Kimlər məktəb direktoru ola biləcək? - Yeni qaydalar  |     22:45 NATO ölkələri ilk zərbə ilə Moskvanı yer üzündən silə bilər — Svitan  |     22:37 İslam Rzayev yüksək vəzifəli məmurun dayısı imiş  |     22:30 3 gün vaxt verildi - SÖKÜLƏCƏK  |     22:22 Balakənin deputatı icra başçısının həbsi haqqında DANIŞDI  |    

Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİ

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət­tində təhvil alınan döyüş postlarında böyük miqyaslı işlər görülüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Hesabatda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülüb.

Qeyd olunub ki, mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqa­mətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntə­qələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 300 13.12.19 19:23