23:01 Binalarda parklanma yerləri almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq  |     22:56 Türkiyədə azərbaycanlı fəhlələr inşaat zamanı xəsarət alıblar, ölən var  |     22:50 Məşhurların ən bahalı avtomobilləri  |     22:42 “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib  |     22:36 Braziliyada narkotik satanlara qarşı əməliyyatlarda 132 nəfər öldürülüb  |     22:29 Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı  |     22:28 Süni intellektə kobud davranmaq alınan cavabların dəqiqliyinə necə təsir edir?  |     22:27 Prokuror Tağı İbrahimova ağır cəza istədi  |     22:27 DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?  |     22:26 Sərxoş halda polis idarəsinin hasarını aşdı, həbs edildi  |     22:24 Direktorların vatsap qrupunda qalmaqal  |     22:18 İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi  |     22:08 "Qarabağ"ın "Çelsi" ilə oyununa satılan biletlərin sayı açıqlanıb  |     21:53 Bakıda restoranda qadınlara söz atan şəxs həbs edildi  |     21:44 Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər  |     21:31 İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq  |     21:21 Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı  |     21:15 Binə qəsəbəsində yol PROBLEMİ: "Nə taksi, nə də təcili yardım gəlir" - Video  |     21:04 "Barselona"nın yarımmüdafiəçiəsi Pedri bir neçə həftəlik sıradan çıxıb  |     20:28 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi  |    

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti göstərən 22 casus ifşa edilib

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib.

Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyətin daha da optimallaşdırıldığını qeyd edib.

Bildirib ki, Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib.

O, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən təşkil olunduğunu, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlərin həyata keçirildiyini vurğulayıb.

Elçin Quliyev Ali Baş Komandanın bu qərarının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini söylləyib.

Müşavirədə bildirilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2018-ci ildə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.

Xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb.

38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

İl ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecə­görmə cihazı aşkar olunub. O cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atış­mada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib. Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində 29 noyabr tarixində dövlət sərhədinin pozulmasının qarşısı alı­narkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilib, çavuş R.Kurupovun ayağından yaraladığı sərhəd pozucusu saxlanılıb.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzifələri və Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 177 14.12.18 17:28