Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu

12.12.2019 22:27 1 980
Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu
Tərtərdəki silahlı insidentdə şübhəli bilinərək, saxlanılan şəxslərdən odlu silahdan əlavə, psixotrop dərmanlar da götürülüb.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, dekabrın 9-da Tərtər şəhəri Səməd Vurğun küçəsində odlu silahdan açılan atəş nəticəsində 32 yaşlı Behbudov Mansur Oqtay oğlu yaralanıb.

Cinayətkar yaxın məsafədən zərərçəkmişin ağzına atəş açıb. Güllə xəsarəti alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə köçürülüb. M. Behbudovun vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.

Faktla bağlı dekabrın 10-u gecə saatlarında, paytaxtda gizlənməyə çalışan iki nəfər şübhəli şəxs saxlanılıb. Hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Lakin Oxu.Az-ın müxbirinin araşdırması nəticəsində məlum olub ki, hadisəyə görə üç nəfər saxlanılıb. Onlardan ikisi Tərtər, biri isə Bakı şəhər sakinidir.

Təqsirləndirilənlər - qarət və soyğunçuluqda ittiham olunaraq cəza çəkmiş 1996-cı il təvəllüdlü Ağazadə Sənan Zahid oğlu, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərə daxil olaraq hədə-qorxu yolu ilə soyğunçuluq həyata keçirmiş 1988-ci il təvəllüdlü Hüseynov Sərvər Fərman oğlu və Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Heydərzadə Mikayıl İlham oğludur.

Sonuncu saxlanılan zaman şübhəli şəxslərin əyləşdiyi “Priora” markalı avtomobili idarə edib.

Avtomobil polislər tərəfindən Binəqədi rayonu Azadlıq prospektində saxlanılıb. Əməliyyatçılar avtomobildə apardıqları axtarış nəticəsində lüləsi kəsilmiş ov tüfəngi, 29 ədəd metandienon psixiatrop dərman həbləri və 11 ədəd deksametazon həbi aşkar ediblər.

İlkin istintaq araşdırmalarından sonra məlum olub ki, kişilər arasında insident şəxsi münasibətlərə aydınlıq gətirilərkən baş verib. Lakin lüləsi kəsilmiş ov tüfənginin hansı məqsədlə əldə olunması faktı istintaq tərəfindən araşdırılmalıdır. Əvvəllər soyğunçuluqda ittiham olunan şəxslərin bu dəfə silahlı basqın planlaşdırdıqları istisna olunmur.

Cinayət faktı ilə əlaqədar istintaq davam etdirilir.скачать dle 11.3

Son xəbərlər