20:28 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi  |     20:09 Ötən il isti havanın dünya büdcəsinə vurduğu ziyan açıqlandı  |     19:39 "Qurd"a ağır itki üz verdi  |     19:19 Litva Belarusla sərhədini bağlayır  |     19:10 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:52 Arvadını namaz qılarkən öldürüb Gürcüstana qaçan şəxsə hökm oxunub  |     18:38 Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşdi  |     18:21 Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR və DETALLAR  |     18:03 Qurbanovdan futbolçulara SƏRT CƏZA: "Qarabağ"lıların maaşlarından kəsiləcək  |     17:58 Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu  |     17:55 Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşınla gəzir - Video  |     17:44 Sentyabrda nağdsız ödənişlərin həcmi 24 faiz artıb  |     17:28 "Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon "yedilər"  |     17:22 Səfirlik Monteneqroda baş vermiş hadisələrlə bağlı açıqlama yaydı  |     17:12 Şirvanda zəlzələ olub  |     16:45 Tokiodan Nyu-Yorka 60 dəqiqəyə kosmik uçuşlar həyata keçiriləcək  |     16:34 “Sovetski”dəki tarixi binalar sökülür? - RƏSMİ  |     16:24 Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi  |     16:05 Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     15:57 Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi - VİDEO  |    

Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb - VİDEO

Aramsız yağış bu dəfə də paytaxtın müxtəlif yerlərində gölməçələr yaradıb, onlarla ev, həyətyanı sahə su altında qalıb.

Belə ki, Sabunçu rayonu Əliağa Vahid küçəsində yerləşən əksər evləri su basıb, bəzi sakinlər isə hətta azyaşlı uşaqlarını qohumlarının evlərinə göndərməyə məcbur olublar.


Ərazidə yerləşən evlərin zirzəmilərində təxminən 40 santimetrə yaxın su var. Sakinlər bildirir ki, hər dəfə yağış yağanda həyətə çıxa bilmirik, uşaqlarımız məktəbə gedə bilmirlər.

Vətəndaşlar yaşayış evlərindəki vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, aidiyyatı qrumların hər birinə müraciət etsələr də, problemlə maraqlanan olmayıb.

Sakinlərin şikayəti ilə bağlı Sabunçu rayonu Ramanı qəsəbə nümayəndəsi Məhəmməd Əsədovun verdiyi cavab isə belə oldu:

“Hazırki vəziyyətdə heç bir köməklik edə bilmərik. Bizim nasosumuz da yoxdur su çəkmək üçün. Kanalizasiya sisteminə gəldikdə isə artıq bununla bağlı layihə qəbul olunub, yaxın vaxtlarda həmin yerlərdə də kanalizasiya sistemləri quraşdırılacaq”.

Görünən odur ki, məsul qurumların problemə laqeyd münasibəti nəticəsində sakinlər hələ bir müddət də bataqlıq adlandırdıqları bu ərazidə yerləşən evlərində nasosla su çəkməli olacaqlar.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 465 09.12.19 21:28