Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTO

09.12.2019 11:24 6 370
Bakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTO
Azərbaycanda iki azyaşlı uşaq valideynləri tərəfindən işgəncələrə məruz qalıb.

Bu barədə məlumatı jurnalist Elgün Gəncimsoy sosial şəbəkədə paylaşıb.

Azyaşlı Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə olan vaxt vəfat edib.

Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Daha sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib.

Qulu bildirib ki, atasıyla Nuranə yemək yeyəndə qardaşı Hüseynlə onu üzü divarda tək ayaqüstə saxlayıblar:

"Bir dəfə onlar kabab yeyirdilər, Hüseyn dedi ki, mən də kabab istəyirəm, Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu”.

Hüseyn isə bildirib ki, axşam atası evə gec gəlirmiş:

"O, dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Hüseynin üzünə atıb qaqamın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü”.

Qulunun sözlərinə görə, Nuranənin qardaşını ayağından asdığını atasına deyib:

"Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki bizi döysün. Nuranə də boru ilə bizi döydü. Sonra ipdən düşürüb əllərimizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qaldıq. Qaqamın əli şişmişdi. Mən Nuranəyə qaqamın əlini göstərəndə o, mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da suluxlamış əlimi iynələdi”.

"Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki, qardaşıma çörək versin. O, bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyoq su səpib çölə çıxardı. Qapını da bağladı”, - deyə Hüseyn əlavə edib.

Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutub. Baş verənlərə dəfələrlə şahidlik edib, şəkil çəkib, hüquq mühafizə orqanlarına müraciət edib.

Amma cavab ürəkaçan olmayıb: "Qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət etdi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalərla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O dünyasını dəyişdi... Biri bir yaş yeddi aylıq, digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki, bu körpələri incitməsin. Amma xeyiri olmadı. O, qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncə ediblər. Qolun qılıncın sındırıblar. Bunu polis bilməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb müalicə edib. Yazıq yetimlərı boğazından və ayağından asıblar. Dağ çəkiblər. Belində siqaret söndürüblər. Barmağın qaynar suya salıblar”.

Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadılar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.








Son xəbərlər