Mojo.az Banner
15:24 Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək  |     15:22 Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər  |     15:21 Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır  |     15:14 Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!  |     13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |     11:16 Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi  |     22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |    
Left Banner
Right Banner

Bu şəxslər avtobuslardan pulsuz istifadə edə biləcək - Deputatdan AÇIQLAMA

27.11.2019 20:43 2 398
Bu şəxslər avtobuslardan pulsuz istifadə edə biləcək - Deputatdan AÇIQLAMA
"Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq".

Bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.

O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:

"Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir".

Fazil Mustafa bildirib ki, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir:

"Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq". //big.azскачать dle 11.3
Mojo.az Banner