TƏKLİF! Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır  |     22:40 Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır  |     22:30 6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO  |     22:14 Naxçıvan MR Tibb Müəssisələrinin İdarəetmə Birliyinin İcraçı direktoru işdən çıxarılıb  |     22:07 Yaşar Nurinin həyat yoldaşı: “Aparıcı soyuducunu açdı - baxın, xalq artistinin evində soyuducu boşdur” - Müsahibə  |     21:58 Fidan-Rubio danışıqlarının təfərrüatları açıqlanıb  |     21:47 Gəncədə emalatxanada yanğın olub  |     21:39 Bakıda məktəbdən uşaq oğurlanıb? - sakinlər danışd: "Hicablı kişi..." - VİDEO  |     21:30 Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır  |     21:23 Azərbaycanda işləyənlərin sayı açıqlandı  |     21:15 Rusiya nümayəndə heyəti Dolmabağça sarayına getmədi  |     21:08 Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib  |     20:52 Azərbaycan və Pakistan arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub  |     20:41 "Uşaqların ölümündən sən günahkarsan" - Bill Qeytsdən Maska  |     20:36 Masallıda 20 yaşlı oğlanın meyiti tapıldı  |     20:16 Zelenski Ərdoğanla görüşü ilə bağlı paylaşım edib  |     19:59 Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək  |     19:48 "Cinsiyyət orqanı tam amputasiya olunub" - Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA (YENİLƏNİB)  |     19:31 Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib  |     19:25 Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI  |    

TƏKLİF! Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun – VİDEO

Məlumdur ki, 5 yaşdan yuxarı hər bir kəs ictimai nəqliyyatda gediş haqqı ödəməlidir. Əlbəttə ki, bura məktəblilər də daxildir. Amma son zamanlar belə bir təklif səslənir ki, məktəb şagirdləri ictimai nəqliyyatda gediş haqqından azad olunsun. Hesab edilir ki, günün müəyyən vaxtlarında məktəbli formasında olan uşaqlar gediş haqqı verməyə bilər.

ARB TV əməkdaşları məsələ ilə bağlı ətraflı araşdırma ediblər.

Bugünlərdə sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün avtobusdan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayıldı. Məsələyə anındaca sərt reaksiyalar oldu. Millət vəkili Fazil Mustafa hesab edir ki, məktəblilər gediş haqqı ödəmələrindən azad olunmalı, ya da müəyyən güzəştlər olmalıdır.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Məktəbə uşağın daşınması ən vacib problemlərdən biridir. Bu bəhanəni kiməsə buraxmaq olmaz. Valideyn var bəhanə edər ki, mənim gücüm çatmır, uşağı məktəbə apara bilmirəm”.

Dünyanın bir çox ölkələrində isə məktəb şagirdlərinin ictimai nəqliyyatdan istifadəsi pulsuzdur və ya güzəştlidir.

Kamran Əsədov – Təhsil eksperti: “Gürcüstan, yəni yaxın ərazilərdən deyək. Şagirdlər gediş haqqından tam azaddırlar. Türkiyədə isə güzəşt tətbiq edilir. Yəni xüsusi kartlar paylanılır, həmin kartlar vasitəsilə 50 faiz və daha aşağı ödəniş etməklə daşıma həyata keçirilə bilir”.

Şagird: “Hər gün məktəbə getmək və qayıtmaq üçün təxminən 60 qəpik, bəzən isə 1 manatdan çox pul xərcləyirik. Ayda orta hesabla 20-30 manat gedir. Pulsuz olsa daha yaxşı olar”.

Kamran Əsədov – Təhsil eksperti: “Əgər həmin şəxs məktəbli formasındadırsa və məktəb saatlarında ictimai nəqliyatdan istifadə edirsə, biz onu azad etməliyik. Təbii ki, biz demirik ki, gecə saatlarında və qeyri-iş günlərində bu tətbiq edilsin”.

Ekspertlərin sözlərinə görə, dövlət şagirdlərin pulsuz daşınması müqabilində daşıyıcı şirkətlərə müəyyən güzəştlər edə bilər.

Elməddin Muradlı- Nəqliyyat eksperti: “100-200 şagird ödəniş etməsə daşıyıcı şirkət ondan heçnə itirən deyil. Amma ola bilər ki, daşıyıcı şirkətə dövlət bunun üçün konpensasiya ödəyə bilər. Hardasa bir güzəşt tətbiq edə bilər ki, məsələn sən şagirdləri dərs mövsümündə daşıyırsan, mən də sənnən tutaq ki, vergidəmi, hansısa bir sahədəmi müəyyən bir həcmdə güzəşt edirəm”.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Burada ən böyük üstünlük verilən tərəf uşaqdır. Bütün hallarda onun problemi həll olunmalıdır. Amma qalan tərəfin sıxıntısını da müvafiq qurumlar çözməlidir ki, o da zərərə düşməsin. Sabah elə bir şərait yarana bilər ki, deyər ki, bunun yarısı şagirdlərdir, mən qazana bilmirəm”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstərilə və məsələyə qanunvericilik çərçivəsində baxıla bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 366 25.09.19 19:07