Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

“Xanımların ondan ötrü ürəyi gedirdi” - Dostu Həsən Məmmədovdan danışır

22.11.2019 23:42 3 257
“Xanımların ondan ötrü ürəyi gedirdi” - Dostu Həsən Məmmədovdan danışır
Bu gün unudulmaz aktyorumuz, böyük sənətkar Həsən Məmmədovun anadan olmasından 81 il ötür. Xalq artistinin vaxtı ilə yaxın dostu olan, onunla birgə filmlərdə çəkilən aktyor Ənvər Həsənov sevilən sənətkarla bağlı xatirələrini azvision.az -la bölüşüb.

- Həyat elə gətirdi ki, 1965-ci ildə Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil oldum. Orada aktyorlardan ilk olaraq Həsən Məmmədov ilə tanış oldum. Birinci görüşdən bir-birimizlə dil tapdıq, aramızda hörmət yarandı. Bu dostluğun davamı kimi 1969-cu ildə ”Yeddi oğul istərəm” filmində çəkildik, daha da yaxınlaşdıq. Həsən mənim xatirəmdə ən gözəl insan nümunəsi kimi qalıb. Bu günə kimi onu yad edirəm. Bu gün gedib onun və rejissor Rasim Ocaqovun qəbrini ziyarət etdik. Həsəndə olan mərifət, qanacaq, sənətə qarşı sevgi, dostlarla gözəl münasibət insanı valeh edirdi.


Həsənlə yol yoldaşlığımız da olub. 1973-cü ildə rejissor Eldar Quliyev “Səmt küləyi” filmini çəkirdi. Həsən orada baş rolu - Əlibala obrazını oynayırdı. Mən də o vaxt "Bizim küçənin oğlanları” filminə yenicə çəkilmişdim. Əsgərliyə getməyə hazırlaşırdım. Eldar Quliyev məni çağırıb dedi, "iki ay vaxtın var. Gəl, bizimlə gedək Çexoslavakiyaya, səni orada “Səmt küləyi” filminə çəkəcəyəm. İstəyirəm “Əlibala”nın cavanlığını sən oynayasan".

Məmnuniyyətlə razılaşıb getdim. Orada bizi böyük sevinclə qarşıladılar. Həsənin görkəmi insanı valeh edirdi. Çexoslovakiyada xanımların Həsəndən ötrü ürəyi gedirdi.


Orada bir ay çəkiliş etdik. İstirahət vaxtları fürsətdən istifadə edib gəzirdik, şəhərə baxırdıq. Mən bıçaq həvəskarı idim. Harada bıçaq görürdümsə, dərhal alırdım. Həsən də deyirdi ki, ay Ənvər, bu qədər bıçağı nə edəcəksən, gömrükdə problem olacaq, başına bəla açma. Dedim, Həsən eybi yox, alıram. Həsən də böyük bir qazan dəsti almışdı. Çəkilişimizi bitirib geriyə qayıtmaq üçün Həsən Məmmədov, rəssam Kamil Nəcəfzadə və mən Praqa hava limanına gəldik. Məlumat aldıq ki, Moskvaya birbaşa uçuş reysimiz təxirə salınıb. Yarım saatdan sonra Praqa-Varşava-Moskva reysi ilə yenidən yola düşdük. Təyyarəyə mindik, bələdçi yaxınlaşdı ki, nə içirsiniz? Biz də ingilis dilində bilmirdik, ağzımdan “viski” sözü çıxdı. Bir də gördüm ki, qız bizə yekə butulka viski gətirdi. Viskini içə-içə Polşaya uçduq, oradan da Moskva hava limanına çatdıq. Moskva gömrüyündə baxış zamanı əşyaların hamısını yoxlayırdılar.

Həsən əsəbiləşmişdi. Deyirdi, sənin bıçaqların başımıza iş açacaq. Mən də bıçaqları çantamın qabaq hissəsinə qoymuşdum ki, nəzərə çarpmasın. Həsən nətər hirslənmişdisə, özünün aldığı qazan dəstinin yeşiyinə bir təpik vurdu. Dedim, əsəbiləşmə, şübhələnərlər, məni tutarlar ki, bu nə aparır. Həmin gömrükçü mənim əşyalarımı açıb yoxlayırdı ki, kimsə onu çağırdı, yerinə başqa adam gəldi. Mən tez çantanın “zamok”unu bağlayıb, ayağımnan vurub qabağa itələdim. Çamadanımı çıxartdım. Dedim, Həsən sən çıx, yeşiyi mən gətirəcəyəm. Bu hadisəni sonralar həmişə Həsənlə deyib gülürdük.


Xalq artisti mərhum aktyorla "Dədə Qorqud" filminin çəkilişindən danışıb, o illəri bir daha yada salıb.

“Rejissor Tofiq 1975-ci ildə “Dədə Qorqud” filmini çəkirdi, Pirquluda idik. Tofiq müəllim dedi ki, Ənvər biz qrupu hazırlayaq, sən də Həsəni götürüb gələrsən, saat 11-də maşını göndərərm. Həsənlə "Dədə Qorqud" obrazında – bığda, saqqalda dayanıb gözləyirdik. Bu vaxt yaxınlıqdakı restoranlardan çıxan bir neçə içkili adam Həsənə söz atdı ki, bu “dığa” kimdir? Haradan gəlib? Həsən ayağa durub papağını çıxarıb dedi ki, “dığa da varsan, beş də artıq. Saqqalımı, bığımı çıxarıb, təpiyimin altına salaram səni”. Adamlar Həsəni tanıyıb, üzr istədilər. Dedilər, bu dəlidir, nədir. (gülür) Belə çılğınlığı da olurdu.

Həsənin ömrünün son illərinə kimi görüşüb danışırdıq. Ürəyimizi boşaldırdıq. Sizinlə danışa-danışa onunla Bulvarda çəkdirdiyim şəkilə baxıram. Həmin şəkil 70-ci ildən otağımda asılıb. Dostlarımızın hamısında var”.

Qeyd edək ki, unudulmaz aktyor Həsən Məmmədov 2003-cü ildə 64 yaşında vəfat edib.

Son xəbərlər