Əli Həsənovdan Ata Abdullayevlə bağlı açıqlama: “O cür səviyyəsiz...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlandı  |     22:55 Bakıda tozlu hava - Təhlükə haradan gəlir?  |     22:48 “Mercedes” G sinfindən olan kabrioletin istehsalına yenidən başlayacaq  |     22:43 Məşhur kriptovalyuta platforması qızıla sərmayə qoymaq istəyir  |     22:36 Marqarin istehsalı azalıb  |     22:30 "Facebook" bu funksiyanı geri gətirir  |     22:22 Qızılbalıq kürüsünün qiyməti kəskin bahalaşdı  |     22:17 Kardioloq sağlam yağların hansı qidalarda olduğunu açıqladı  |     22:09 Universitetlər subbakalavrları niyə istəmir?  |     22:04 Azərbaycan ərazisində radioloji vəziyyət necədir?  |     21:58 Xalq artisti Türkiyədəki villasını niyə satıb?  |     21:51 "Dırnaq ustalarının tibbdən anlayışı yoxdur" - Professor  |     21:46 Gediş haqqı məsafəyə görə ödəniləcək?  |     21:39 43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi  |     21:33 6 ay ömür qoydular, 25 ildir xərçənglə yaşayır - Bu necə mümkün olub?  |     21:28 ABŞ-də Müdafiə Nazirliyi yaradıldı  |     21:20 Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU (FOTO)  |     21:14 Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları başa çatıb  |     20:50 Problemləri bitməyən 4 hibrid avtomobil - Ekspertlər açıqladı  |     20:45 Tiktokda "Xakker Tamerlan" adı ilə tanınan yayımçı həbs edilib  |    

Əli Həsənovdan Ata Abdullayevlə bağlı açıqlama: “O cür səviyyəsiz...”

“Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin”.

Median.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezidentin köməkçisi Əli Həsənov ictimai fəal olduğu iddia edilən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki bir kilsədə tərəfdarları ilə görüş keçirən Ermənistan Baş naziri Nikol Paşinyanın tədbirinə qatılmasına münasibət bildirərkən deyib.

Ə.Həsənov sosial şəbəkələrdə və bəzi media orqanlarında A.Abdullayevin guya Azərbaycan hakimiyyətindəki şəxslər tərəfindən Milana düşünülmüş şəkildə göndərildiyi haqda iddiaları qəti şəkildə təkzib edib:

“Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib:

“Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib.

Təsadüfi deyil ki, cənab Prezidentimizin qarşımıza qoyduğu hədəflərə uyğun olaraq, erməni yalanlarının beynəlxalq miqyasda ifşa olunması sahəsində son illər necə qətiyyətli addımlar atılır. Təkcə Prezidentimizin “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda, MDB dövlət başçılarının toplantısında erməni faşizminin təbliğinə qarşı kəskin və qarşı tərəfi susduran çıxışlarını xatırlamaq kifayətdir.

Böyük dövlət xadimi və peşəkar siyasətçi olan Prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir?”

Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunu düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib:

“Kimsə, hardasa, hansısa təşəbbüsdə bulunursa, bunu Azərbaycan hakimiyyətinin adına yamamaq cəhdləri qətiyyən yolverilməzdir. Azərbaycan hakimiyyəti düşmənə qarşı siyasətini sərt milli iradə, yüksək intellekt, beynəlxalq hüquq müstəvisində aparır və hansısa erməni kilsəsində deyil, ən yüksək beynəlxalq tribunalardan səsləndirir və qəbul etdirir”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 282 21.11.19 18:30