Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

“Facebook” və “Google” məxfiliyi pozur - İDDİA

21.11.2019 15:59 2 312
“Facebook” və “Google” məxfiliyi pozur - İDDİA
“Amnesty International”ın baş katibi Kumi Naydu “Facebook” və “Google”la bağlı hesabat hazırlayıb.

“TheVerge”nin məlumatına görə, yeni hesabatda texnologiya nəhənglərinin iş modelinin insan haqlarına zidd olduğu bildirilir.

Hesabat böyük texniki şirkətlərin nəzarəti fonunda hazırlanıb.

Hesabatda deyilir ki, “Facebook” və “Google” dünyada milyardlarla insana daim nəzarət etməklə, onların hüquqlarını və söz azadlıqlarını pozur.

Buna görə də hər iki şirkət biznes üsullarını dəyişməlidir.

İnternet bütün dünyada insanların həyatlarının ayrılmaz hissəsidir.

“Böyük beşliy”ə daxil olan texniki şirkətlər - “Apple”, “Amazon”, “Google”, “Microsoft” və “Facebook” faktiki olaraq bütün onlayn xidmətlərdə hakimdir.

“Facebook” və “Google” isə onların ən güclüsu olduğundan daha təhlükəli hesab olunurlar.

“Amnesty International”ın baş katibi milyardlarla insanın “Facebook” və “Google” tərəfindən tələb edilən şərtlərlərdən başqa, bu ictimai məkana girməyə başqa seçimi olmadığını qeyd edib.

“Facebook” hazırda “istifadəçi məxfiliyinin pozulması” iddiası ilə istintaq altındadır.

“Google” isə məlumat toplamaq siyasəti məsələsi ilə qarşı-qarşıyadır.

“Biz hamımız tələdəyik. Ya şəxsi məlumatlarımızı hər an özümüzə qarşı istifadə edə biləcək bu mexanizmin tələblərinə uyğun davranmalıyıq, ya da rəqəmsal dünyanın üstünlüklərindən imtina etməliyik”, - deyə Naydu bildirib.

Son xəbərlər