Mojo.az — elanlar
Son Xəbərlər
21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş müsavatçı partiyanın siyasi mühacirə verdiyi növbəti saxta arayışı yayıb - FOTO

16.11.2019 16:47 3 313
Keçmiş müsavatçı partiyanın siyasi mühacirə verdiyi növbəti saxta arayışı yayıb - FOTO
“Müsavat” Partiyasının daha bir siyasi mühacirə saxta arayış verməsi ilə bağlı iddia ortaya çıxıb.

APA-nın xəbərinə görə, bu barədə Avropada mühacirətdə olan jurnalist, keçmiş müsavatçı Yafəz Əkrəmoğlu məlumat yayıb.

Jurnalist Arif Hacılının imzası, “Müsavat” Partiyasının möhürü ilə verilən arayış fotosunu paylaşaraq yazıb:

“Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı yenә deyir ki, fakt qoyun. Bu qәdәr fakt yetәrli deyilmi? Deyilsә, Arif Hacılının orijinal imzası, “Müsavat”ın halalca möhürü ilә “geydirmә siyasi mühacir”ә verilәn bir arayışı da paylaşıram.

Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә mәlumatlanın. İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt. Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib.

Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn “qәhrәman” “Müsavat” Partiyasının Babәk rayon Tәşkilatı Gәnclәr Özәyinin fәal üzvüdür.

Birinci yalan Müsavat Partiyası Naxçıvan MR әrazisindәki tәşkilatların heç birindә Gənclər Özəyi olmayıb. Sadәcә arayış belә yazılıb ki, daha tәsirli görsәnsin. Arayışın içәrisindәki “təzyiqə məruz qalıb”, “polis təqibi”, “mühacirәtә getmәyә mәcbur oldu” kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir status almasına hesablanıb. Bunları nәyә görә әminliklә yazıram? Çünki mәn uzun müddәt “Müsavat”ın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam.

Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım. Bütün tәzyiqә mәruz qalan müsavatçılar jurnalist olduğuma görә hәr zaman, anında, dәrhal mәnә mәlumat verirdilәr ki, işıqlandırım. Bu 2015-ci ilә kimi belә davam edib. Kimlәrin tәzyiqә mәruz qala bilәcәyini indi dә әzbәr bilirәm.

Arayışda yazılana inansaq bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamam mümkünsüzdü. Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә gәlmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa mütlәq mәn tanıyardım. Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin”.

Jurnalist arayışda adı çәkilәn şәxs heç vaxt Naxçıvanda müsavatçı olmadığını deyib: “Olsa da belә Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә “oformit” edilib. Yaxud da, heç onu da etmәyiblәr. Bu yaxınlarda Arif Hacılıgil güya şәffaflıq mәqsәdiylә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr.

Ancaq arayış alanların kimliklәri haqda mәlumatı ciddi-cәhdlә gizlәdirlәr. Araşdırmalarımıza görә bu rәqәm әslindә dәfәlәrlә artıqdır. Bundan әlavә böyük әksәriyyәt arayışların içәrisindәki mәlumatlatlar bax, paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayış sahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr”.

Yafəz Əkrəmoğlu qeyd edib ki, arayışda adı keçәn şәxs 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib:

“Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib. Onun sonrakı taleyini vә adını göstәrmәmәkdә mәqsәd qarşılaşa bilәcәyi tәhlükәni önlәmәkdi. Yәni bizim әlimizlә olmasın”.

“Müsavat” Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, arayışla bağlı partiyada araşdırma aparılır və nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.


Son xəbərlər