Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Astara rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb - FOTO

15.11.2019 20:36 1 867
Astara rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb - FOTO
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-də Astara rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Astara rayonunda ayrılan 2 ha ərazidə 1250 ədəd feyxoa ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz və Yevlax rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilmişdir.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik növlərindən olmaqla ümumilikdə 23120 meyvə ağacları əkilib və 72 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcəkdir.

Qeyd edək ki, Astara rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyasına 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulmuşdur. IDEA İctimai Birliyi aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.

Son xəbərlər