Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |    
Mojo.az Avto
Mojo.az Avto

250 ailə üçün meyvə bağları salınır

19.08.2019 14:18 3 275
250 ailə üçün meyvə bağları salınır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin birgə həyata keçirdiyi "Sosial bağlar" layihəsinin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınmasına başlanılıb.

Nazirliyin məlumatına əsasən, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir. Bu məqsədlə daxil olan müraciətlər əsasında həssas qruplardan (şəhid ailələri, əlilliyi olanların ailələri, aztəminatlı ailələr) olan ailələr seçilib. Onlara məxsus torpaq sahələrində monitorinqlər aparılaraq, ehtiyaclar müəyyən edilib.

İlk mərhələdə həmin sahələrin köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənərək çəpərlənməsi, şumlanması, malalanması, digər hazırlıq işlərinin görülməsi nəzərdə tutulur. Sahələr hazır vəziyyətə gətirildikdən sonra regionun iqlim şəraiti və xüsusiyyətləri nəzərə alınaraq meyvə tingləri əkiləcək.

Layihə aztəminatlı ailələrin bağçılıq istiqamətində kiçik sahibkarlığa çıxışını stimullaşdırmaqla yanaşı, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına da əlavə dəstəkdir.

Xatırladaq ki, 2018-ci ildə "Sosial bağlar" layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib. Layihə çərçivəsində təsərrüfatlara logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də köməklik göstərilməsi nəzərdə tutulur.

Son xəbərlər