Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Bakıda dəhşət: qadın zavod çörəyinin içindəki sancağı uddu

12.11.2019 23:13 1 436
Bakıda dəhşət: qadın zavod çörəyinin içindəki sancağı uddu
Bu gün Bakıda orta yaşlı qadın zavod çörəyinin qurbanı olub.

BakuPost xəbər verir ki, hər gün aldıqları N1 zavod çörəyinin içində olan adi sancağı görməyən və dişləri protez olduğu üçün hiss etməyən qadın onu udub. Sancaq qadının boğazında ilişərək ciddi əlamətlər verib: qanama, qusma, halsızlıq.
Böyük qorxu, həyəcan içində ailə üzvləri qadını əvvəl 1 saylı şəhər xəstəxanasına (Semaşkoya) çatdırıb. Hər şey də bundan sonra başlayıb. Zərərçəkmişin qızı başlarına gələni bildirib:

"Bu gün çoox təəssüf ki, biz N1 çörək zavodunun istehsal etdiyi , ölkəmizin yeganə qarın doyduran ərzağı çörəyin qurbanı olduq. Çöx böyük dəhşət yaşadıq.

İlk getdiyimiz Semaşkonun təcili yardımı xəstəmizi qəbul etmədi. Onu Əfəndiyev adına xəstəxanaya göndərdilər. Orada həkim (demək olarsa) xəstənin şikayətlərini nəzərə almadan, boğaza müdaxilə edib, sancağı irəli, qida borusuna saldı. Sancaq açıq vəziyyətdə qida borusunda qaldı. Onlar da müdaxilə edə bilmədilər.

Bir neçə saat danışıqlar. Zənglərdən sonra, nəhayət, bunu bacaracaq həkim tapıb, anamı təcili yardımla özəl klinikaya çatdırdıq.

Adil həkimə təşəkkür edirik, qida borusundan sancağı çıxardı. Həyatımızın ən dəhşətli gününü keçirdik. Nə yaxşı ki, anamızı xilas edə bildik. Aldığınız çörəkdən və bir sancağı çıxara bilməyən "həkimlərdən” ehtiyatlı olun”.скачать dle 11.3
Mojo.az Banner