Mojo.az Banner
13:18 Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər  |     13:08 Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB  |     12:45 Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi  |     12:38 "İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR  |     12:06 Azərbaycanda zəlzələ oldu  |     11:54 Gəncədə avtomobil təmiri sexində meyit tapılıb  |     11:42 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     11:35 Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |     21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |    
Left Banner
Right Banner

Bakıda məşhur aparıcını bıçaqladılar - FOTO

11.11.2019 11:30 9 986
Bakıda məşhur aparıcını bıçaqladılar - FOTO
Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, insident Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib. Vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

скачать dle 11.3
Mojo.az Banner