Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Avstraliyadan Azərbaycan- Gürcüstan sərhədinə uzanan erməni barmağı

06.11.2019 22:34 1 792
Avstraliyadan Azərbaycan- Gürcüstan sərhədinə uzanan erməni barmağı
Tanınmış qərb informasiya resursu Bellingcat Azərbaycanla Gürcüstan arasında münasibətləri zədələməyə hesablanmış təxribata əl atıb.
Median.Az
virtualaz.org-a istinadən xəbər verir ki, bu saytın Avstraliyada mənzillənmiş araşdırmaçısı Masis İngilisyan Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistanla sərhəddə mövqelərini irəli çəkərkən Babakər dağı tərəfdə Gürcüstan ərazisinə keçib orada post qurduqlarını iddia edib. Və öz iddiasını peyk fotoları ilə möhkəmləndirməyə çalışıb.

Babakər dağı Azərbaycan, Ermənistan və Gürcüstan sərhəd üçbucağında yerləşir. Bu ilin yayında DSX həmin istiqamətdə mövqelərini irəli çəkərək yeni strateji yüksəklikləri nəzarətə götürüb, o cümlədən Babakər dağında möhkəmlənərək Ermənistan ordusunun mövqelərinə, o cümlədən strateji nəqliyyat infrastrukturlarına nəzarət imkanı qazanıb.


“Bellingcat” saytının məlumatı tezliklə Gürcüstan resurslarında da tirajlanıb, amma proses zamanı ilkin mənbə “yaddan çıxıb”. Hətta erməniyönümlü saytlardan birinə istinad verilib və orada müəllifin də adı göstərilib. Xəbər Gürcüstan əhalisi arasında həyacana səbəb olub.

“News Front” adlı Rusiya saytının gürcü redaksiyası bildirir ki, yerli KİV-lər “Bellingcat”ın məlumatının aşkar yalan olduğunu bilsələr də susublar, qərb saytını təkzib etməməyi üstün tutublar.

Son xəbərlər