Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Fransaya nota verib

28.10.2019 20:23 1 837
Azərbaycan Fransaya nota verib
Azərbaycan Fransaya nota verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək onunla “birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.

Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.

Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki “hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etdiyi fonda bu cür “birgə bəyannamə”nin imzalanması, o cümlədən Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.

Xatırladırıq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.

Avropa İttifaqının aparıcı ölkələrindən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransada yerli və regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuz “sənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəşilik roluna kölgə saldığı və Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirilib.

Fransa səfirinin diqqəti bu arzu olunmayan tendensiyalara yönəldilərək ondan ölkəsinin XİN-i qarşısında məsələyə müdaxilə etməsi və Azərbaycan tərəfinə izahat verilməsi istənilib.

Fransa səfiri Z.Qross, öz növbəsində, yerli və bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını və Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana etdiyi səfəri proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyini və bu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.//report.az

Son xəbərlər