Mojo.az Banner
21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |     18:12 Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI  |     18:03 Dərmanları yanlış vaxtda qəbul etmək təsirini azalda bilər - XƏBƏRDARLIQ  |     17:43 Baş ağrısı, halsızlıq, təzyiq... - Havaların qəfil dəyişməsi sağlamlığa necə təsir edir?  |    
Left Banner
Right Banner

Mikayıl Cabbarov: "Son 10 ayda iqtisadiyyatımızın "kölgə"dən "ağ"a çıxmaq meyllərini müşahidə edirik"

28.10.2019 11:24 1 708
Mikayıl Cabbarov:
"İqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər qarşımızda durur".

"Report" xəbər verir ki, bunları Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib.

M.Cabbarov qeyd edib ki, növbəti həftələr ərzində qarşıda duran əsas məsələlərdən biri “həmin hədəflərə necə çatmaq olar?” sualına cavab tapmaq olacaq:

“Başqa sözlə İqtisadiyyat Nazirliyinin yenilənmiş iş proqramlarını, hədəflərini ortaya qoymaqdan ibarət olacaq. Biz öz işimizi müsbət bünövrə üzərində davam etdirəcəyik. Əgər makroiqtisadi göstəricilərimizə nəzər salsaq, prinsip etibarı ilə bizim müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir, makroiqtisadi sabitlik təmin olunub. Artıq son 10 ay ərzində xüsusilə biz sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni "kölgə"dən "ağ"a çıxmaq meyllərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin artımında, vergi mədaxillərində, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük".

Nazir əlavə edib ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi dövlətin imkanlarını artırır:

"Maliyyə sektorunda - banklarda olan vəsaitlərin, hesablarda olan vəsaitlərin sürətli artımını müşahidə edirik. Bir sözlə, ümumi müsbət tendensiyalar mövcuddur. Eyni zamanda hamımıza bəlli olan, dövlət başçısının da müvafiq çıxışlarında qeyd edilən çatışmazlıqlar, hədəflər var. Çatışmazlıqlarla mübarizə aparmaq, həmin hədəflərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük. Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu artırmaq, iqtisadi fəallığı artırmaq kimi hədəflərdir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin-büdcənin imkanlarını artırır, həm vətəndaşların imkanını artırır. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq".

скачать dle 11.3
Mojo.az Banner