23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

“Məndən “Leyli” obrazı üçün 4 min rüşvət istədilər” - Muğam ifaçısından AÇIQLAMA / VİDEO

Tanınmış muğam ifaçısı Nigar Şabanova canlı yayımda inanılmaz açıqlama verib.

“Hər şey daxil” verilişində qonaq olan sənətçi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib. Onun fikirlərini tamaşaçılara çatdıran aparıcı Tarix Əliyev (Tolik) bu sözləri deyib:

“Nigar xanım özü də buradadır, mən onun dediklərini deyirəm. Nigar xanımdan “Leyli və Məcnun” operası üçün 4 min manat pul istənilib. Bundan əlavə, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib. Nigar xanım, düzdür?”.

Nigar Şabanova aparıcının dediklərini təsdiqləyib.

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Redaktor.az-a açıqlamasında bildirib ki, ifaçının dediklərinin heç bir əsası yoxdur, yalandır:

“Bizim teatrda hər zaman gənclərə meydan imkan yaradılır. Nigar Şabanova da bir neçə il öncə gənc ifaçı kimi müraciət etmişdi, ona şərait yaradıldı. Hazırlaşdı, “Leyli” obrazını canlandırdı. Lakin nə vokal imkanları, nə də digər səhnə performansı teatrın rəhbərliyini, rejissorlarını qane etmədi. Buna görə də bir daha səhnəyə çıxmadı. Opera və Balet Teatrında nə ondan, nə də başqa birindən heç vaxt rüşvət tələb edilməyib. Hazırda bizim teatrda muğam müsabiqəsinin bir çox iştirakçıları çıxış edirlər. Onlardan soruşun ki, rüşvət almışıq?! Opera elə bir səhnədir ki, sənin vokal imkanların, səhnə görünüşün olmalıdır”.

Daha ətraflı videodan izləyin:

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 542 24.10.19 12:54