Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artistdən operada iştiraka görə rüşvət istəyiblər? - AÇIQLAMA

24.10.2019 17:07 2 854
Əməkdar artistdən operada iştiraka görə rüşvət istəyiblər? - AÇIQLAMA
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Əməkdar artist Nigar Şabanovadan dörd min manat pul istəyib.

Bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olan sənətçi məlumat verib.

“Nigar xanımdan “Leyli və Məcnun” operasında Leylini oynamaq üçün dörd min manat pul tələb edilib. Həmçinin, əlavə olaraq min manatı Opera və Balet Teatrının kassasına ödəməsi istənilib. Nigar xanım, düzdür? Özü burada olduğu üçün onun dediklərini deyirəm”, - deyə aparıcı Tarix Əliyev (Tolik) bildirib.

Əməkdar artist deyilənləri təsdiqləyib:

“Dediklərimi özümdən qoşub demirəm. Bu məsələni işıqlandırmaq istəyirdim. Hətta bu barədə sənət dostlarıma da demişdim. Onlar mənə problem yarana biləcəyini deyirdilər. Amma qorxmuram. Uzaq başı həmin teatrda oynamayacam”.

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Oxu.Az-a açıqlamasında Nigar Şabanovanın ittihamlarının əsassız olduğunu bildirib:

“Teatrımızda hər zaman gənclərə geniş meydan verilib. Xüsusən Muğam müsabiqəsinin qalibi, iştirakçısı olan istedadlı gənclərimizə öz müraciətləri əsasında teatr səhnəsində çıxış etmələrinə imkan verilir.

Bir neçə il öncə Nigar Şabanovanın müraciəti əsasında Leyli rolunda ifa etməsi üçün ona şərait yaradıldı. Bir neçə ay məşq edib roluna hazırlaşdı. Ondan sonra cəmi bir dəfə teatrda “Leyli və Məcnun” tamaşasında çıxış elədi. Onun çıxışı teatr rəhbərliyinin və muğam bölməsinin rəhbərini qane etmədi.

Hazırda səsləndirdiyi ittihamı da yalandır. Heç kəs deyə bilməz ki, burada işə qəbul olunması və səhnədə çıxışına görə hər hansı vəsait ödəyib. Hazırda Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Aytən Məhərrəmova və Rəvanə Əmiraslanlı bizdə çıxış edirlər.

Heç kim teatra bir qəpik belə ödədiyini deyə bilməz. Hamısı sadə ailələrdən olan istedadlı gənclərdir. Teatrda çalışdıqlarına görə də əməkhaqqı alırlar. Ona görə də Nigarın ittihamları bizi çox təəccübləndirdi. Elə bir şey olmayıb və ola da bilməz”.
/oxu.az/

Son xəbərlər