Mojo.az Banner
11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Formula 1” Azərbaycan Qran-Prisinin biletləri neçəyədir? - QİYMƏT

22.10.2019 19:30 2 242
“Formula 1” Azərbaycan Qran-Prisinin biletləri neçəyədir? - QİYMƏT
“Formula 1” Azərbaycan Qran-Prisinin qiymətləri açıqlanıb.

Oxu.Az-a verilən xəbərə görə, yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dörd günlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir.

Dörd günlük biletlərə tətbiq olunan 20%-lik endirim kampaniyasından əlavə, 2-15 yaş arasında olan uşaqlar üçün xüsusi endirimlər təqdim olunacaq. Belə ki, azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Azyaşlılar üçün dörd günlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılacaq.

Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan bir günlük biletlərə 20%-lik endirim şamil olunmayacaq və bu biletlər tam qiymətlə satılacaq. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri 110-190 manat aralığındadır.

Qeyd edək ki, Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan əcnəbilər biletləri 22 oktyabr – 15 yanvar tarixləri aralığında alarsa, 25%-lik endirimlə üzləşəcək. Onu da bildirək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqələrin təqdim edilməsi tələb oluna bilər.
скачать dle 11.3
Mojo.az Banner