18:30 Merkel Krımın ilhaqı zamanı Ukraynadan müqavimət göstərməməyi xahiş edib  |     18:13 Fəzail Ağamalının oğlu: "Atam və bacım legitimliyimi şübhə altına alsalar, onları məhkəməyə verəcəyəm"  |     17:50 Heyvan bazarları bağlandı - Ət qıtlığı olacaq?  |     17:45 Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi  |     17:40 Küləkli hava ilə bağlı - Xəbərdarlıq  |     17:19 Bəzi çaylardan sel keçəcək  |     17:09 "Sputnik Azərbaycan"ın baş redaktoru azadlığa buraxıldıqdan sonra BAKINI TƏRK EDİB - Zaxarova AÇIQLADI  |     16:57 Xarici ölkədə qanunsuz silahlı birləşməyə qoşulan şəxs yeddi il azadlıqdan məhrum edilib  |     16:46 Ana Vətən Partiyasının qurultayındakı qalmaqalın VİDEOSU  |     16:45 Kamçatkada zəlzələ baş verib  |     16:34 Ötən gün axtarışda olan 136 nəfər saxlanıldı  |     16:12 Mobil telefonlar bahalaşacaq - Video  |     16:01 Rusiyanın Belqorod su anbarının bəndi ciddi zədələndi: Təxliyə elan edildi  |     15:50 Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu  |     15:37 Sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs TUTULDU  |     15:21 Bricit Makron Fransanın rəsmi vergi portalında kişi kimi qeydə alınıb  |     15:14 Yük maşını iribuynuzlu mal-qaranı vurdu  |     15:09 Dələduzluq edən şəxslər saxlanıldı  |     15:08 Ukrayna Rusiyanın əsas enerji yarımstansiyalarından birinə hücum edib  |     15:07 Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi: "Yarım iş vahidində çalışır" - Video  |    

Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası ilə bağlı ŞOK İTTİHAMLAR - VİDEO

Binəqədidə yaşadığı evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə ata və qonşular ananı günahlandırır. Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, Firuzənin anası Zəminə Allahverdiyeva yüngül həyat tərzi keçirir. Mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Firuzənin anası Zaur Baxşəliyevin "Bizimləsən" proqramında yanğın baş verən gecə Masazırda yaşayan 28 yaşlı Nail adlı idman müəlliminin evində gecələdiyini etiraf edib.

Median.Az
xəbər verir ki, daha bir qonşu "Səni axtarıram" proqramına açıqlamasında Zəminə barəsində olduqca kəskin ittihamlar səsləndirib və qızcığazın ölümündə birbaşa onu günahlandırıb. Qonşu kişi Firuzənin anasının əxlaqsız həyat tərzinin qurbanı olduğunu dilə gətirib:

"Bunlar problemli ailə idilər. Ailəsini yola vermirdi. Axırda yoldaşı çıxıb getdi. Ondan sonra bu da lazım olmayan yolla pul qazanırdı. Hər halda başa düşürsünüz də nəyi deyirəm. Bu insan ayın 20-25 gününü evdə olmurdu. Uşaq sahibsiz-yiyəsiz, onun-bunun qapısında qalırdı.

Yoldaşı gedəndən sonra evdə kişi xeylağı oğlu qaldı. Rabilin 15 yaşı var. Bu uşaq anasının hansı yolun yolçusu olduğunu bilirdi. Hər gün anası ilə dalaşırdı, evin şüşələrini sındırırdı. Uşaq axırda baş götürüb qaçdı.

Bir-iki dəfə xəbərdarlıq etdik ki, burada əxlaqsızlıq yuvası açma. Yalvarıb-yaxardı ki, bir də elə şeylər etməyəcəm. Ondan sonra ümumiyyətlə gecələr evə gəlməməyə başladı. Uşaq yanan gecə 10-15 nəfər ən az 50 dəfə ona zəng vurdu. Səhərə qədər zəng vurduq, telefonu açmadı. Səhər 9 radələrində gəlib çıxdı. Firuzəni soruşdu. Dedik, Firuzə yanıb bir ovuc oldu, apardılar".


Qeyd edək ki, Firuzənin atası Qabil bəy, nənəsi Tamara xanım və əmisi Vüsal bəy Xoşqədəm Hidayətqızının onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü iddia edirlər.

Z.Allahverdiyeva öz növbəsində baş verənlərdə atanı və qonşuları ittiham edir. O, evi gah ərinin, gah da qonşusunun yandırdığını deyir.


Xatırladaq ki, hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb. Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən uşaq artıq külə dönübmüş.//Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 272 22.10.19 12:54