Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

12 yaşlı Firuzənin müəmmalı ölümü - Yanğın zamanı ana başqa kişiylə bərabər olub - VİDEO

15.10.2019 19:21 1 656
12 yaşlı Firuzənin müəmmalı ölümü - Yanğın zamanı ana başqa kişiylə bərabər olub - VİDEO
12 yaşlı Ələkbərova Firuzə Qabil qızı yanıb külə dönüb. Hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb. Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən qız artıq külə dönübmüş.

Median.Az
xəbər verir ki, yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, Firuzənin yanmasında günahkar anası Zəminə Allahverdiyevadır. Qonşular Zəminənin yüngül həyat tərzi keçirdiyini, gecələr evə gəlmədiyini deyirlər.

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına üz tutan 12 yaşlı Firuzənin atası, ata nənəsi və əmisi onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər.

Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü ehtimal edilir. Çünki qızcığazın külə döndüyü evdə elektrik qısaqapanması olmayıb. Qonşular evə gələrkən işıqlar yanıq olub. Evdə olan maye qaz balonları da partlamayıb. Bəs yanğın necə baş verib? Evi kim yandırıb?

Başqa bir sual da yaranır ki, Firuzə yanarkən xilas olmağa çalışmayıb, elə yatdığı yedəcə yanıb külə dönüb. Atası və əmisi onun öldürüldükdən sonra yandırıldığını iddia edirlər.

Mütəmadi olaraq gecələr evə gəlməyən ana həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub.

Firuzənin valideynləri boşanma ərəfəsində olublar.//Baku.wsскачать dle 11.3

Son xəbərlər