Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

“WhatsApp” vergisinə kütləvi etirazlar – FOTO

18.10.2019 19:14 1 447
“WhatsApp” vergisinə kütləvi etirazlar – FOTO
Cümə axşamı minlərlə nümayişçi Saad Haririnin koalisiya hökumətinin vergi siyasəti ilə razı olmadığını bildirmək üçün Livan paytaxtının küçələrinə çıxıb.

TASS-ın “Al Mayadeen” telekanalına istinadla verdiyi məlumata görə, kütləvi narazılığın səbəblərindən biri, hakimiyyətin “WhatsApp”a ayda 6 dollar məbləğində vergi tətbiq etmək qərarıdır.

Mitinqdə qəzəbli kütlə: “Xalq rejim dəyişikliyi istəyir!”, - deyərək Riad Solha meydanında, hökumət sarayının və parlament binasının yanında üsyana başlayıb. Nümayişçilərlə asayiş keşikçiləri arasında zaman-zaman qarşıdurmalar yaranıb.

Etirazçılar şəhərin mərkəzi və ətraf yollarının bir hissəsini bağlayıblar. Nümayişçilər Beyrutu ölkənin cənub və şimal bölgələri ilə birləşdirən magistral yolları, həmçinin Dəməşqə dağ keçidindən keçən strateji magistral yolu yanan təkərlərlə bağlayıblar. Bəzi ərazilərdə etiraz hərəkatının fəalları yol kənarında düşərgələr qurublar.

Sonradan Livan təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə etdiyi məlum olub.

Livan Qırmızı Xaç Komitəsinin TASS-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda xəsarət alan 70-dən çox insana yerindəcə yardım göstərilib, 23 nümayişçi isə xəstəxanalara aparılıb.

Livan Proqressiv Sosialist Partiyasının lideri Valid Cumblat Beyrut və digər şəhərlərdəki küçə etirazlarını “vətəndaş üsyanı” adlandırıb. Millət vəkili Hüseyn Həcc Həsən isə öz növbəsində, hökuməti vergi planını əhalinin həyati mənafelərinə uyğun olaraq yenidən baxmağa çağırıb:

“Büdcə kəsiri problemini yoxsulların hesabına həll etmək lazım deyil”.

Daxili işlər naziri Raya əl-Hassan yerli televiziya kanallarında yayımlanan açıqlamada ölkədəki vəziyyətin hakimiyyətin nəzarətində olduğunu və baş nazirin istefa vermək niyyətində olmadığını vurğulayıb:

“Bəzi yerlərdə baş verən iğtişaşlara baxmayaraq, nümayişlər ümumilikdə dinc xarakter daşıyır. Livan indi dilemma ilə qarşı-qarşıyadır: ya çətin qərarlar qəbul edəcək, ya da dağılacaq”.

Bu arada, kütləvi mitinqlər fonunda Livan Telekommunikasiya naziri Məhəmməd Şükir gecə “WhatsApp”la bağlı vergi qərarının ləğv olunduğunu elan edib.

Son xəbərlər