Mojo.az Banner
SON DƏQİQƏ
20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

İşaxtaran və işsiz vətəndaşların nəzərinə!

15.10.2019 19:42 1 564
İşaxtaran və işsiz vətəndaşların nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Hotellər və Restoranlar Assosiasiyasının (DAİR) birgə təşkil etdiyi turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşələr üzrə hazırlıq kurslarına müdavim qəbulu davam edir.

Nazirlikdən verilən məlumata görə, kurslarda öyrədiləcək peşələrin siyahısına daha iki peşə də əlavə edilib.

Beləliklə, elan edilən peşə hazırlığı kursları aşağıdakı peşələr üzrədir:

Aşpaz (Azərbaycan kulinariyası)
Qənnadçı
Ofisiant (banket və ziyafətlər üçün)
Ofisiant (yüksək kvalifikasiyalı)
Dağ turist marşrutları üzrə bələdçi
Ekskursiya bələdçisi
Qeydiyyatçı (mehmanxanada) / Receptionist
Konsyerj
Mehmanxana qapıcısı (belman)
Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner
Barmen
Konfrans və tədbir təşkilatısı
Turanimator

Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına cəlb edilmək üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində - turizm və qonaqpərvərlik biznesi müəsissələrində təcrübə keçməklə tədris ediləcək.

Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçiriləcəkdir.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.

Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də edu@dair.az elektron poçt ünvanına CV yollaya bilərlər. Seçdiyiniz peşənin adını elektron məktubun mövzü bölməsində qeyd etməyiniz xahiş olunur.

Əlaqə nömrəsi:

+99412 562 75 34 - Rəşad Muradov

+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075//milli.azскачать dle 11.3

Son xəbərlər