Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Ötən il 15 minə yaxın gənc işlə təmin edilib

02.02.2019 21:46 2 474
Ötən il 15 minə yaxın gənc işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirlən aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasıdır.

Nazirlikdən verilən məlumata görə, ötən il Xidmətin xətti ilə 51 774 nəfər işlə təmin olunub və onlardan 14 700-nü gənclər təşkil edib.

Xidmət tərəfindən ödənişli ictimai işlərə cəlb edilən 1022 nəfərdən 319-ü, peşə hazırlığı təşkil olunan 2 559 nəfərdən 1270-i gənclər olub. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası işlərində də gənclər diqqətdə saxlanılır. Ötən il 7267 nəfər özünüməşğulluq proqramına cəlb edilib və onlardan 1026-sı gənclərdir. Onlar proqram çərçivəsində verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar və bu da onların kiçik biznesə çıxışına imkan yaradıb.

Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsi üçün keçən il əsasən orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 118 138 gəncə peşəyönümü məsləhətləri verilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində isə bu kateqoriyadan olan 355 gənc peşə hazırlığı kursları keçib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib.

BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonunda yaradılmış SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Mərkəzlərində 800-ə qədər gənc müasir iş axtarışı bacarıqlarına yiyələnib və onlardan əksəriyyəti bu bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.

Son xəbərlər