Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə balıq ehtiyatları azalıb

11.10.2019 20:36 1 524
Ölkədə balıq ehtiyatları azalıb
Ölkədə balıq ehtiyatları 10-15 ildən artıqdır ki azalıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür:

"Məsələn, əvvəllər balıqartırma müəssisələrində balıqlar yetişdirilərkən suya 1 qram çəkidə buraxılırdı. Bu balıqların isə yaşaması 1 faiz idi. Amma indi belə deyil. Bu il nazirliyin balıqyetişdirmə müəssisələrində yetişdirilən 5-10 qram çəkidə balıq körpələri Kür çayına buraxıldı. Onların yaşaması 70-80 faizdir. Həmin müəssisələrdə bu il yetişdirilib buraxılan balıqların əksəriyyəti isə 100 qram idi. Bu çəkidə olan balıqların isə yaşaması 90-100 faizdir. Bununla da biz kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk".

H.Əlizadə balıq ehtiyatlarının azalmasının digər səbəblərini də açıqlayıb: "Göllərin çirklənməsi və digər problemlər balıq ehtiyatlarını azaldır.

Səbəblərdən biri də insan amilidir. Məsələn, ovçular müəyyən dövrlərdə heyvanlara güllə atmır. Yəni heyvanların balalama vaxtlarında ov etmir. Amma balıqçılar belə deyil. Brakonyerlər bütün fəsillərdə balıq tutur. Bununla bağlı maarifləndirmə aparmaq lazımdır"

Son xəbərlər