Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev görüş keçirdi - YENİLƏNİB + FOTO

07.10.2019 14:52 3 611
İlham Əliyev görüş keçirdi - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Prezident İlham Əliyev qonağı salamlayıb:

“Bu, mühüm hadisəyə hazırlığın son ştrixlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz çox fəal hazırlaşırıq. Əminəm ki, sammit yüksək səviyyədə keçəcək, bizim dövlətlərin əməkdaşlığı işində yeni mərhələlərə nail olacağıq.

Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Buna görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq. Bu mühüm tədbir ərəfəsində biz sizinlə sammitə hazırlıqla bağlı son məqamları müzakirə etməliyik ki, tədbir uğurla keçsin və bizim ölkələri daha da sıx birləşdirsin”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev qəbula görə prezidentə təşəkkür edib:

“Doğrudan da sammit artıq yaxınlaşmaqdadır. Həqiqətən də indi görülən işlər və sammitə qədər nələri edə biləcəyimizi Sizə bildirməyimə böyük ehtiyacım var. İlk növbədə, demək istərdim ki, Azərbaycan, ümumiyyətlə, türk birliyi prosesində xüsusi yer tutur. Məhz Azərbaycan torpağı Naxçıvanda razılaşma imzalanıb. Məhz Bakıda, Azərbaycan torpağında siz yubiley sammitini qəbul edirsiniz. Artıq 10 ildir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Həmin 10 il bir növ təşəkkül dövrü olub. İndi bu dövrü Sizin siyasi iradəniz, türk birliyinin formalaşması üzrə verdiyiniz mühüm qərarlar sayəsində başa çatdırmışıq. Biz təşəkkül, təsisat dövrünü başa vurmuşuq. İndi isə biz yeni mərhələyə - artıq böyük inteqrasiya mərhələsinə keçirik”.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.


Son xəbərlər