Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəzaya uğrayan turist qopmuş əlini xəstəxanaya gətirdi

05.10.2019 14:05 2 781
Qəzaya uğrayan turist qopmuş əlini xəstəxanaya gətirdi
Britaniyalı turist Meksikaya səfəri zamanı qəzaya uğrayıb və əlini itirib.

Bu barədə “Daily Mail” yazır.Çelsidən olan 26 yaşlı səyyah Vellanın sözlərinə əsasən, rəfiqəsi ilə Puerto-Valyarta şəhəri yaxınlığında baqqi sürürdü. Bir neçə gün öncə baş vermiş qasırğadan sonra yollar nəm olduğu üçün qızlar minik vasitəsinin idarətetməsini itiriblər və o çevrilib.

Vella bildirib ki, qəza zamanı intuitiv olaraq əli ilə başını örtüb və zərbə məhz əlinə dəyib.

“Əlimə baxdıqda, onun dəri üzərində sallandığını gördüm”, - deyə qız bildirib.

Hadisədən sonra Vellanın dərhal xəstəxanaya çatdırılmağına baxmayaraq, əməliyyat zamanı nəfəsi dayandığı üçün həkimlər onun əlini amputasiya etməli olublar. Lakin həkimlər qızın həyatını xilas edə biliblər.

Vellanın yaxşı protez ala bilməsi üçün hazırda onun rəfiqəsi “GoFundMe” platformasında vəsait yığımını həyata keçirir.

Son xəbərlər