Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sabah Abşeron və Zərdabda qaz təchizatı dayandırılacaq

03.10.2019 19:57 1 559
Sabah Abşeron və Zərdabda qaz təchizatı dayandırılacaq
Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.

Median.Az
-ın məlumatına görə, bu barədə report-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Son xəbərlər