Mojo.az — elanlar
Son Xəbərlər
21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri tutuldu - FOTO

28.09.2019 14:55 2 402
Bakıda saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri tutuldu - FOTO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin, Samir Hüseynli və Vüsal Zöhrabov müəyyən edilərək tutulublar.

Qeyd edək ki, taksi sürücülərinə qarşı dələduzluq etmək təklifi əvvəlcə dəstə üzvü E.Kazımovdan gəlib.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Bakının Nizami və Xətai rayonlarıərazilərində yerləşən metro stansiyalarının yaxınlığında ayrı-ayrı taksi sürücülərinə müştəri kimi yaxınlaşaraq, yalandan internetdən əldə etdikləri üzərində kənar şəxsə aid fotoşəkil olan sənədi guya ipoteka arayışı kimi təqdim edib dedikləri ünvana çatdırılmasını xahiş ediblər.

Bundan sonra saxlanılanlardan biri taksi sürücüsünü kənarda dayanan digər dəstə üzvü ilə telefonla danışdırıb. Həmin şəxs isə taksi sürücüsündən yanında olan adama müxtəlif məbləğdə pul verməsini xahiş edib, sənədi ona çatdırdıqda həmin pulu əlavə zəhmət haqqı ilə birlikdə artıqlaması ilə ödəyəcəyini yalandan vəd edib.

Taksi sürücüləri sənədi alıb dəstə üzvlərindən ona yaxınlaşan şəxsə pulu verib deyilən ünvana getdikdə isə onu qarşılayan şəxsin olmadığını görüb dələduzluq yolu ilə aldadıldığını və ipoteka sənədi adı altında ona verilən arayışların saxta olduğunu anlayıblar.

Qeyd edək ki, saxlanılan dəstə üzvlərindən biri V.Zöhrabovun üzərində axtarış aparılan zaman ondan 0,420 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.

Hazırda dəstə üzvlərinin hüquqazidd əməllərindən zərər çəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər. Həmçinin, vətəndaşların özlərinin də bu tipli dələduzların toruna düşməməsi üçün ayıq-sayıq olmaları tövsiyə edilir.









Son xəbərlər