Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artistləri Fədayəyə görə Prezidentə müraciət etdilər - SİYAHI

27.09.2019 20:47 1 885
Xalq artistləri Fədayəyə görə Prezidentə müraciət etdilər - SİYAHI
“Mən 14 illik vəkil təcrübəmdə ilk dəfədir belə səmərəsiz məhkəmə prosesi görürəm. Artıq məhkəməyə çağırış üçün elektron bildiriş gələndə gülməyim gəlir. Çünki yenə təxirə salınacağını düşünürəm”.

Median.Az "report"a istinadla xəbər verir ki, bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı keçirdiyi mətbuat konfransında deyib. O sözlərinə belə davam edib:

“Nə qadın, nə müğənni nə vətənpərvər Olduğunu nəzərə alırlar. Vətənin adını təbliğ üçün illər əvvəl Laçın təxəllüsünü götürüb. O, əsgərlərə konsert verib, dövlət tədbirlərində iştirak edib. İlk dəfə cinayət işlədiyini nəzərə alırlar.

Ədalət sistemi işləmir, biz əvvəllər mətbuata açıqlama vermirdik. Çünki şou yaratmaq istəmirdik bu mövzudan ama gördük ki ədalər sistemu işləmir ona görə artıq sizdən - mediadan kömək istəyirik.

Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır.
Biz istəyirik ki, şikayətimiz təmin olunsun. Yekun qərar verilsin, cəzası azalmasa belə. Biz hətta əvvəlcədən bildirmişdik ki, o, hepatit C xəstəsidir. Orda müalicə ala bilər, dərmanlar verilir, amma azadlıqla həbsxana şəraiti eyni deyil. Xəstəxanaya köçürülməsini istəmişik, amma cavabsız qalıb. Sərt münasibətin səbəbi hadisə görk olsun deyədir. Belə halların qarşısı alınsın, azalsın deyə edilir. Ailəsi soruşur nə vaxt bitəcək? Cavab verə bilmirəm. Məhkəmə işi tapmaca olmalı deyil. Fədayə cinayət törətdiyinin fərqində olmayıb. Çünki belə olsaydı, heç nəyi saxlamazdı. Amma o gizlətməyib, silməyib telefonundan heç nəyi. İşin içərisində heç bir sübut yoxdur. Mən hakim olsaydım, bəraət verərdim. Çünki ortada sübut yoxdur. Məhkəmə hüquqlarımdan sui istifadə edir. Hakim Eldar Rəhimov yekun qərar vermir”.

Vəkil həmçinin bildirib ki, 9 xalq artisti F.Laçın barədə humanist qərarın verilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

"Xalq artistləri Aftandil Hacıyev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və Zaur Rzayevin Prezident və birinci xanıma müraciətləri olub. Bu müraciətləri, Fədayənin ilk cinayətinin olması və səhhətindəki problemləri əsas sayaraq ədliyyə orqanlarına media vasitələri ilə müraciət edərək prosesin ədalətli keçirilməsini xahiş edirəm".

Son xəbərlər