Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Zəhmət kənd ərazisində olub.
Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.