Mojo.az — elanlar
Son Xəbərlər
20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabad sakinini bıçaqlayan şəxs qardaşı ilə birlikdə tutuldu

26.09.2019 20:28 1 753
Cəlilabad sakinini bıçaqlayan şəxs qardaşı ilə birlikdə tutuldu
Cəlilabad rayon sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Median.Az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.

Polis əməkdaşları tərəfindən S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxış zamanı 6,205 qram marixuana aşkar edilərək götürülüb.

Görülmüş tədbirlərlə S.Əliqiyə narkotik vasitəni vermiş şəxsin onun qardaşı - Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilib və o saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi və Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Son xəbərlər