Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN Binəqədi ərazisində yanan avtomobili söndürdü - VİDEO

25.09.2019 21:44 1 608
FHN Binəqədi ərazisində yanan avtomobili  söndürdü - VİDEO
Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda yanan avtomobillə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, bəzi sosial şəbəkə səhifələrində 25 sentyabr 2019-cu il tarixində Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobil yanması zamanı yanğınsöndürənlərin cəlb olunmaması barədə yazılanlar həqiqətə uyğun deyil:

“Bununla əlaqədar bildiririk ki, bu gün saat 14:55-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus “Mercedes” markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub.

Əlavə olunmuş müşahidə kameralarından götürülmüş kadrlardan da göründüyü kimi, yanğın FHN-in hadisə yerinə vaxtında çatmış yanğınsöndürənləri tərəfindən operativ olaraq söndürülüb. Odur ki, bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, həqiqətə uyğun olmayan bu kimi məlumatlara deyil, nazirliyin rəsmi saytı vasitəsilə yayılan təsdiqlənmiş məlumatlara istinad edilsin”.

Son xəbərlər