Bakıda qadını avtomobil vurub.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Naməlum avtomobil Binəqədi rayonu, C.Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Binəqədi qəsəbə sakini, 1983-cü il təvəllüdlü Mehtiyeva Ramilə Əlizadə qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.
Yaralı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.