Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İTV-nin sabiq əməkdaşı faciəli şəkildə öldü

21.09.2019 14:42 5 203
İTV-nin sabiq əməkdaşı faciəli şəkildə öldü
Sumqayıtda baş verən dəhşətli qəzada yanaraq ölən Fuad Musazadə İTV və “M Group Production” şirkətinin sabiq hüquqşünası olub.

Bu barədə oxu.az-a açıqlamasında “M Group Production” şirkətinin mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli məlumat verib.

K.Əlibəyli F.Musazadənin keçən il şirkətin hüquqşünası kimi işlədiyini bildirib. F.Musazadə, eləcə də, İctimai Televiziyanın və AzTV-nin sabiq əməkdaşı olub.

Qeyd edək ki, sentyabrın 19-da saat 15 radələrində Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticədəsində iki nəfər ölüb.

Nəticədə, maşınların toqquşmasından sonra, “Mercedes” yoldan çıxaraq aşıb və alışaraq yanıb. “Mercedes”in sürücüsü F.Musazadə maşından çıxa bilməyib və diri-diri yanaraq ölüb.

Son xəbərlər