Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |    
Mojo.az Avto
Mojo.az Avto

“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

21.09.2019 13:44 4 782
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO
Nevadada “51-ci bölgə” (Area 51) kimi tanınan ABŞ-ın HHQ-nə məxsus bazasına iki mindən artıq insan toplaşıb.

“Associated Press” xəbər verir ki, onlar bazaya “hücum”u özünəməxsus festival kimi qeyd ediblər.

Bazaya daxil olmağa heç kəs risk etməyib. Nevadaya toplaşanların əksəriyyəti yaxınlıqdakı Hayko və Reyçel şəhərciklərində şənləniblər.

“Biz hamımız başa düşürük ki, darvazaları keçmək olmaz. Amma biz buraya yığışaraq pivə içib musiqiyə qulaq asırıq və bu, artıq uğurdur”, - bunu yürüş iştirakçılarından biri deyib.

Nevada ştatındakı “51-ci bölgə” hərbi bazası uzun müddət məxfi sayılıb və burada Yer kürəsinə gəlmiş yadplanetlilərin olduğu, onlar üzərində tədqiqatlar aparıldığı iddia edilir.

2013-cü ildə ABŞ dövləti bazanın mövcudluğunu təsdiq edib. Obyekt güclü mühafizə altındadır.







Son xəbərlər