Mojo.az — elanlar
Son Xəbərlər
21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |    
Mojo.az Avto
Mojo.az Avto

Tbilisidə etirazçılar hökumətə "qırmızı kart" göstəriblər - YENİLƏNİB-2

20.09.2019 22:59 1 926
Tbilisidə etirazçılar hökumətə
Tbilisidə parlamentin binası qarşısında keçirilən aksiya davam edir.

Median.Az
report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları əllərində "qırmızı kartlar" tutublar.

Onlar bu yolla hökumətin əleyhinə olduqlarını ifadə ediblər.

Aksiya təşkilatçıları bildiriblər ki, onlar "qırmızı kartlar"la Bidzina İvanişvilinin idarəçiliyinə son qoyulmasını tələb edirlər.

***

Tbilisidə parlament binasının qarşısında "Hamı bir nəfərə qarşı!" şüarı altında keçirilən aksiyaya qatılanların sayı artıb.

Median.Az
report-a istinadən xəbər verir ki, qanunverici orqanın qarşısındakı Rustaveli prospekti bağlanıb.

Aksiyaya "Ayıbdır" hərəkatının üzvləri, müxalif Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları qatılıb.

***

Gürcüstanın paytaxtı Tbilisidə paralel olaraq iki aksiya keçirilir.

Median.Az
report-a istinadən xəbər verir ki, aksiyalardan biri parlament binasının qarşısında Tbilisidə iyunun 20-21-də baş verən hadisələrdən üç ay ötməsi ilə bağll təşkil olunub.

Digər aksiya Gürcüstan prezidentinin sarayı qarşısında keçirilir. Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə baş tutan aksiyada dövlət başçısının qatilləri əfv etməsinə etiraz bildirilir.

Partiya liderlərindən biri Zaal Udumaşvili prezidentin addımlarının utancverici olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı qatilləri əfv etməsinə heç aydınlıq belə gətirməyib.

Müxalifətçi qeyd edib ki, prezidentin bəyanatları xaricdə bir sıra qalmaqallar yaradıb və onun qatilləri əfv etməsi yeni qalmaqala səbəb olub.

Aksiya iştirakçılarının parlamentin qarşısındakı aksiyaya qoşulacağı gözlənilir.

Parlament ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Son xəbərlər