Mojo.az Banner
22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |    
Left Banner
Right Banner

Yol polisindən yeni layihə - FOTO

18.09.2019 18:02 5 574
Yol polisindən yeni layihə - FOTO
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.

Bu barədə BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Baku.ws-ə bildirib.

Onun verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlərin miqyası daha da genişlənib. Növbəti belə tədbir DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə Abşeron rayon Təhsil Şöbəsində keçirilib.

Tədbir zamanı «Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»ndan irəli gələn tələblərin yerinə yetirilməsi istiqamətində digər icraçı qurumlarla, o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, onun struktur qurumları ilə birgə əməkdaşlıq imkanları müzakirə olunmuş, qarşıya qoyulmuş vəzifələrin həlli yolları müəyyənləşdirilib.

Görüş ərəfəsində Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, “Diqqət, uşaqlar” aylığı çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu istiqamətdə profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə Baş DYP İdarəsi tərəfindən şagird və valideyinlərin diqqətinə çatdırılması üçün hazırlanmış yol hərəkəti təhlükəsizliyinə, yol hərəkəti mədəniyyətinin təbliğinə həsr olunmuş posterlər təhsil işçilərinə təqdim olunub.

Yol hərəkəti qaydalarına əməl edilməsinin vacibliyi barədə təkcə şagirdləri deyil, onların valideyinlərini də xəbərdar edən təbliğat və maarifləndirmə xarakterli posterlərin təhsil ocaqlarının inzibati binalarından asılması və belə nəşrlərdən gələcəkdə daha çox istifadə olunması nəzərdə tutulub.

İşgüzar şəraitdə keçən görüşün sonunda Abşeron rayon Təhsil Şöbəsinin müdiri N.Məmmədova təşkilatçılığa, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ümumtəhsil məktəblərində aparılan təbliğat xarakterli fəaliyyətinə görə Dövlət Yol Polisi xidmətinə minnətdarlığını ifadə etmiş və ən qısa vaxtda haqqında bəhs olunan posterlərin təhsil müəssisələrinin diqqət cəlb edən guşələrindən asılmasının, şagird və valideyinlərin bu tövsiyələrdən faydalanmasının təmin ediləcəyini bildirib.

Xatırladırıq ki, respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı cari ilin oktyabr ayının 15-dək keçiriləcəkdir.






скачать dle 11.3
Mojo.az Banner