Mojo.az Banner
18:53 Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI  |     18:52 Zabratda yanğın başlayıb  |     18:35 Qiymətlər artacaq: Zəifləmiş dünya iqtisadiyyatını yeni bir qlobal şok gözləyir  |     18:19 Bakıda sıxlıq olan yollar açıqlanıb  |     18:04 Qarabağ kanalında batan şəxsin MEYİTİ TAPILDI  |     17:33 "Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya cavab (VİDEO)  |     17:08 Qızıl və gümüş bahalaşdı  |     16:59 Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir  |     16:29 Kansler: "Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır"  |     16:26 Şikayətlərdən sonra Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı  |     15:54 Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar  |     15:51 Kəlbəcərdə mina PARTLADI: XƏSARƏT ALAN VAR  |     15:47 Fransa millisi Zidana tapşırıldı  |     15:09 Milli Mətbuat Günü hava necə olacaq?  |     15:01 Həyətində narkotik yetişdirirmiş  |     14:54 Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı  |     14:49 Bankın direktor müavini binadan yıxılıb öldü  |     14:43 Azərbaycan əhalisinin sayı açıqlandı  |     14:35 Pirallahıda avtobus piyadanı vurub öldürdü  |     14:30 Məşhur narkobaron ömürlük həbs edildi  |    
Left Banner
Right Banner

Kürdəmirdə 12 il həbsdə olan peşəkar oğru saxlanılıb - FOTO

17.09.2019 22:50 1 885
Kürdəmirdə 12 il həbsdə olan peşəkar oğru saxlanılıb - FOTO
Kürdəmir rayonunda dəfələrlə məhkumluq həyatı yaşamış peşəkar oğru saxlanılıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Allahverdiyev Fərid Zabit oğlu rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs bu ilin sentyabr ayı ərzində rayonda 3 oğurluq hadisəsi törədib.

O, rayonun Qaraqocalı kənd sakini Əhmədov Cəlal Ağaqulu oğluna məxsus evdən 1910 manat nəğd pul, Kürdəmir şəhər 20 Yanvar küçəsi, ev 28-də yaşayan Şahbazova Xalidə Ağaməşədi qızına məxsus evdən qızıl dəstləri və 30 manat pul, həmçinin həmin küçədə yaşayan Məhərrəmova Zümrüd Həsən qızına məxsus evdən müxtəlif növ məişət avadanlıqları və yataq dəstlərini oğurlayıb. Fərid Allahverdiyev ilk dindirilmə zamanı həmin ünvanlardan oğurluq etdiyini etiraf edib.

F.Allahverdiyev əvvəllər də, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 11 il 6 ay həbs həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində cinayət işi açılaraq araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner