Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Regionlarda oğurluğa görə 26 nəfər saxlanılıb

12.11.2018 18:18 2 007
Regionlarda oğurluğa görə 26 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisindəki 3 mağazadan pul, tütün məmulatı və sərinləşdirici içkilər oğurlayan Yevlax rayon sakini N.Kərimova və 2 yeniyetmə saxlanılıblar.

Bundan başqa, Saatlı RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudovu saxlayıblar.
Məlum olub ki, o noyabrın 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında, qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökərək oğurlayıblar.

İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərləri nəticəsində, noyabrın 2-də rayon ərazisindəki evdən 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan rayon sakini Qamət Əhmədov saxlanılıb, Qusar RPŞ-nin əməkdaşları tərəfindən oktyabrın 25-də rayon ərazisindəki mağazadan 90 manat oğurlayan şəhər sakini Nemət Babayev saxlanılıb, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən rayon sakini Z.Həsənovun evindən televizor və mobil telefon oğurlayan rayon sakini Rauf Həsənli saxlanılıb, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 5-də rayon sakini A.İbrahimovun cibindən 360 manat pulunu oğurlayan şəhər sakini Nəriman İslamov saxlanılıb, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-də S.Salmanovun bağ sahəsindən 170 kq. nar oğurlayan rayon sakini Tural Nəsirzadə saxlanılıb, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Gəncə şəhər Subartezian Quyularının İstismarı İdarəsinə məxsus elektrik naqilini, həmçinin 7 evdən pul və məişət əşyaları, 2 avtomobildən yan güzgüləri oğurlayan şəhər sakini Münasib Əhmədov saxlanılıb, Kəpəz RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2 avtomobildən, 4 evdən inşaat materialları, təmir-tikinti alətləri, metal qab-qacaq, maqnitofon, səsgücləndirici və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini Hüseyn Nağıyevi saxlayıblar, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 8-də rayon ərazisindəki evdən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan rayon sakini Salman Qurbanzadə saxlanılıb, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 8-də rayon ərazisindəki evdən 7000 rus rublu və qızıl-zinət əşyaları oğurlayan Tovuz rayon sakini Bəhman Məmmədov saxlanılıb, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 14-də avtomobildən 600 manat və yan güzgüləri söküb, oğurlayan Mingəçevir şəhər sakini Vüsal Əliyev saxlanılıb, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 7-dən 15-dək olan müddətdə, həyətyanı sahələrin birindən 100 manat dəyərində alma və 130 ədəd yeşik, habelə A.Cəmiyevanin 200 manat pulunu oğurlayan Zərdabi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cavid Nəcəfov saxlanılıb, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 17-də rayon ərazisindəki evdən pul, qızıl üzük, mobil telefon və qol saatı oğurlayan rayon sakini Çərkəz Cabbarov saxlanılıb, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 11-nə keçən gecə Vəndam qəsəbəsində, mağazadan 2000 manat pul oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Cavidan Məhiyəddinli və Nemət Alcanov saxlanılıblar, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, evlərin birindən 3000 dollar, qızıl və geyim əşyaları, həmçinin tir tapancası oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunmuş İmeda Qamxaraşvili və Səbuhi Məmmədov saxlanılıblar, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 9-da İntiqam Məmmədova məxsus fermadan 30 baş inək oğurlayan Laçın rayon sakinləri Vicay Təhməzov və Xətai Ələkbərli saxlanılıblar, Bərdə RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki evdən 150 manat pul və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini Seymur Vəliyevi saxlayıblar, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 3- və 17-də rayon ərazisində 2 evdən pul, gümüş, geyim və məişət əşyaları oğurlayan şəhər sakinləri Həsən Allahverdiyev və Tamerlan Yusifli saxlanılıblar.

Araşdırma zamanı, H.Allahverdiyevin daha bir evdən 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması məlum olub.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner