Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkər: həyatınızı asanlaşdıracaq vasitə

12.09.2019 12:20 2 261
Şəkər: həyatınızı asanlaşdıracaq vasitə
Şəkərin qida kimi dəyəri bu günə qədər geniş müzakirə olunub. Məlum olub ki, şəkərin beynə pozitiv təsiri var.

Beyin üzrə ixtisaslaşan həkim Dryu Ramzey (Dr Drew Ramsay) elmi məqaləsində yazır:

“Beynin sağlam fəaliyyəti üçün şəkər vacib maddədir. Yediyimiz şəkərin böyük hissəsi beynin fəaliyyətini təmin etmək üçün sərf olunur”.

Bəs şəkərdən qida vaistəsi kimi deyil başqa necə istifadə edə bilərik? Bu suala cavab olaraq deyək ki, aşağıda sadaladığımız hallarda şəkərdən istifadə etməklə həyatınızı asanlaşdıra bilərsiniz.

- Dodaqlarınız üçün yaxşı skrab axtarırsınızsa, mətbəxə keçin.

Bir stəkan şəkər tozuna 3 yemək qaşığı badam yağı (zeytun yağı da ola bilər) əlavə edin, yaxşıca qarışdırıb dodaq skrabı kimi istifadə edin. Hüceyrəyeniləmə funksiyası olan şəkər dodaqlarınızın dərisini yeniləməklə yanaşı, həm də parlaqlıq qazandıracaq.

- Hazırladığınız şirniyyat və tortların bir neçə gün təzə qalmasını istəyirsinizsə, sizə kiçik sirr verək.

Şirniyyatı soyuducuya qoyarkən yanına bir neçə kub qənd qoyun. Şəkər təzəliyi qoruyacaq.

- Diliniz yanıbsa, dərman axtarmaq əvəzinə, dilinizin üzərinə şəkər tozu səpin. Şəkər yanğı hissini xeyli azaldacaq.

- Ələriniz çox kirli və ya yağlıdırsa, yuyucu vasitələr şəkər qədər kömək etməyəcək. Əllərinizi isladıb şəkər tozu ilə yaxşıca ovun və yuyun, kirdən əsər-əlamət qalmayacaq.

- Hıçqırığı keçirmək üçün müxtəlif üsullar var. Nəfəsinizi saxlamaq, su içmək, qorxmaq və sair. Yəqin ki, bunun üçün şəkərdən heç istifadə etməmisiniz. Elə isə bu dəfə sizi hıçqırıq tutanda bir qənd yeyin. Nəticəni özünüz müşahidə edin.

- Dibçəkdəki güllərinizin suyuna şəkər əlavə edin, gülləriniz qidalanacaq və inkiaşf edəcək. Şəkərli suya azacıq sirkə də qatsanız, bitkilərinizin ətrafında həşəratlar da toplanmayacaq.

- Geyimləriniz çirklənibsə də şəkər köməyinizə çatacaq. Şəkər tozunu suyla isladın, alınan məhlulu geyiminizin ləkəli yerinə çəkin, biraz saxlayıb sonra paltaryuyan maşında yuyun, ləkə tamamilə gedəcək.

- Şəkərlə həyatınızı bu qədər asanlaşdırandan sonra hələ də özünüzü yorğun və enerjisiz hiss edirsinizsə, şəkərin təməl faydasından yararlana bilərsiniz. Bildiyiniz kimi şəkər orqanizmi enerji ilə təmin edir. Buna görə də bir enerji içkisi və ya bir parça şokoladla gümrahlaşa bilərsiniz.

Son xəbərlər