Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Azərbaycanda daha bir Rusiya universitetinin filialı açılacaq

11.09.2019 23:55 1 585
Azərbaycanda daha bir Rusiya universitetinin filialı açılacaq
“Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində digər millətlərin nümayəndələri ilə yanaşı Azərbaycandan da xeyli sayda tələbələrimiz var. Fiziki qüsurlu tələbələr həmişə valideyinlərinə yaxın olmaq istəyirlər. Bununla əlaqədar bizdə layihə yarandı ki, universitetin Bakıda filialını açaq”.

Median.Az
-ın məlumatına görə, bunu “Report”un Rusiya bürosuna açıqlamasında Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramov deyib.

O, qeyd edib ki, bu istiqamətdə müxtəlif görüşlər keçirilib və razılıq əldə olunub.

“2016- cı ildə mən və Rusiyanın Təhsil naziri Azərbaycan prezidentinin qəbulunda olduq və filialın Bakıda açılışı ilə bağlı razılığa gəldik. Bu günlərdə son etapdayıq. Sentyabr ayının 26-sında Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası Dövlət Komissiyasının iclasında Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti arasında müqavilə imzalanacaq və ilk növbədə bizə sənədləşmə işlərini yekunlaşdırmaq üçün ofis ayrılacaq. İnanıram ki, növbəti təhsil ilində biz artıq ilk tələbələrimizi qəbul edəcəyik”.скачать dle 11.3
Mojo.az Banner