Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

04.03.2019 19:13 2 042
Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Moskva dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının (RTA) akademiki (xarici üzvü) seçilib.

Median.Az
-ın xəbərinə görə, bu barədə müvafiq qərar M.Y.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə fevralın 27-də Rusiya Təhsil Akademiyasının Ümumi Yığıncağının iclasında qəbul edilib.

İclasda 200-ə yaxın rusiyalı və xarici alim, Akademiya üzvləri, Rusiya Prezident Administrasiyası, RF hökuməti, federal nazirliklər və qurumlar, eləcə də RF Dövlət Dumasının nümayəndələri, Rusiya Təhsil Akademiyasının Qəyyumlar Şurasının üzvləri və görkəmli dövlət xadimləri iştirak ediblər.

İclasda əsas müzakirə mövzusu Rusiya Təhsil Akademiyasının “Təhsil”, “Elm”, həmçinin RTA-nın perspektiv inkişaf planı və gələcək genişmiqyaslı layihələri olub.

İclasın ikinci hissəsində Akademiyaya yeni üzvlərin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

Qeyd edilir ki, RTA-da seçki prosedurası tam şəffaf təşkil olunub. Seçkilər gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan Akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib.

Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyasının vətəndaşı) da RTA-nın xarici üzvləri seçiliblər.//oxu.azскачать dle 11.3

Son xəbərlər