Mojo.az Banner
20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |     19:35 Keçmiş deputat tələbə oldu  |     19:30 Sentyabrın 5-dək meteor yağışı olacaq  |     19:23 Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO  |     19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |     19:10 Tokayev hökuməti istefaya göndərdi  |     19:05 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VİDEO  |     18:58 Tramp bu okeanların adını dəyişdirmək istəyir  |     18:53 BYD "Tesla"nı geridə qoydu  |     18:45 Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək  |     18:40 Sərxoş halda evə gələn kişiyə sevgilisi irad tutdu, o isə qadını döydü  |     18:34 Dünyanın hakimiyyətdə olan ən gənc monarxı 34 yaşında vəfat etdi  |     18:20 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:06 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu - FOTO  |     17:44 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |    
Left Banner
Right Banner

Deputat: "Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə baxılmalıdır"

11.09.2019 21:28 2 007
Deputat:
Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, proqramalarına yenidən baxılmalıdır.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması həyati zərurətə çevrilib: "Müasir informasiya cəmiyyətinin yaranması qloballaşmanı o qədər sürətləndirib ki, mənlik şüuru yenicə formalaşan məktəbəqədər yaşlı uşaq ciddi psixoloji travmalara məruz qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, ya da smartfon var. Onlar hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyanın və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması vacibdir".

Deputat hesab edir ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onların yeni təlim mühitinə və gələcək həyat fəaliyyətinə adaptasiyası, yaradıcılıq potensiallarının aşkar edilməsi və gerçəkləşdirilməsi, sağlam sosial-psixoloji iqlimin yaradılması, pedaqoji qabiliyyətlərin inkişaf etdirilməsi, xüsusi istedadlıların inkişafı təhsildə sosial-psixoloji xidmətin yenidən və əsaslı şəkildə qurulmasını tələb edir. Bu fəaliyyət sahəsinin hüquqi-metodiki bazası möhkəmləndirilməli, nəzarət gücləndirilməlidir.скачать dle 11.3
Mojo.az Banner