Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Çin səfərinə hazırlaşan Nadir Qafarzadə həyat yoldaşını niyə özü ilə aparmır? - AÇIQLAMA

10.09.2019 22:38 2 591
Çin səfərinə hazırlaşan Nadir Qafarzadə həyat yoldaşını niyə özü ilə aparmır? - AÇIQLAMA
Müğənni Nadir Qafarzadə Çinə gedir.

Median.Az
-ın məlumatına görə, bu barədə o özü Oxu.Az-ın əməkdaşı ilə söhbətində məlumat verib.

N.Qafarzadə bildirib ki, o, səyahəti, xüsusən, ekzotik ölkələri sevdiyindən musiqiçi həmkarları ilə birlikdə Çinə üz tutacaq.

"Səyahət etməyi çox sevirəm. Bütün Avropanı gəzmişəm. Afrikanı və Hindistanı da gördüm. Ekzotik ölkələrə getmək, oranın koloriti, mədəniyyəti və insanları diqqətimi çəkir. Mənim üçün Avropaya gedib gözəl hoteldə qalmaqdansa, Afrikanın, Hindistanın, Çinin narahat yerləri daha maraqlı gəlir və elə yerləri gəzib dolaşmaqdan zövq alıram. Özüm üçün çox maraqlıdır ki, oranın vətəndaşları necə və hansı şəraitdə yaşayır, çətinliyə düşəndə necə addım atırlar. Çünki həyatdır, heç kim heç nədən sığortalanmayıb. Birdən mən çətinliyə düşsəm, özümü onların mühitinə adaptasiya edirəm ki, mən də onlar kimi həmin addımı atım. Bir sözlə, ekzotik ölkələri və ekzotik şəraiti çox xoşlayıram. Elə məhz buna görə də bu dəfə üz tutacağım ölkə Çindir", - deyə müğənni deyib.

"Uçmağı sevmirəm. 12 saat uçmaq isə mənim üçün fəlakətdir" söyləyən sənətçi bildirib ki, həyat yoldaşı Sevinc xanım onunla səfərə getməkdən imtina edib: "Çinə həmkarlarımla, musiqiçi dostlarımla gedirəm. Ailə ilə səyahət etməyi şəxsən mən çox sevirəm. Bu dəfə isə yoldaşım Sevinc xanım mənimlə səfərə çıxmaqdan imtina etdi. Səbəb isə onun da mənim kimi uçmaq həvəsinin olmamasıdır. Həyat yoldaşım 12 saat uçacağını bilən kimi yox dedi. Bizim ABŞ-a birlikdə belə səfərimiz var idi. Ondan da imtina etdi. Elə bu səbəbdən də mən onsuz səyahət etməyə məcbur oluram. Çünki, düşünürəm ki, bir daha dünyaya gəlməyəcəyəm. Yəni bir daha Çinə getmək şansım olmaya bilər (gülür). O səbəbdən qərar verdim ki, nəyin bahasına olursa, olsun gedib Çinə çıxacağam”.

Qeyd edək ki, bir müddət bundan öncə Nadir Qafarzadə Hindistana səfər etmiş, orada rast gəldiyi ən maraqlı məqamları lentə alaraq, şəxsi “İnstagram” hesabında izləyiciləri ilə paylaşmışdı.

скачать dle 11.3
Mojo.az Banner