11:32 Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər barədə məlumat silindi  |     11:21 BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib  |     11:15 Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:05 Ağstafada qadın sevgilisi tərəfindən bıçaqlandı  |     23:01 Binalarda parklanma yerləri almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq  |     22:56 Türkiyədə azərbaycanlı fəhlələr inşaat zamanı xəsarət alıblar, ölən var  |     22:50 Məşhurların ən bahalı avtomobilləri  |     22:42 “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib  |     22:36 Braziliyada narkotik satanlara qarşı əməliyyatlarda 132 nəfər öldürülüb  |     22:29 Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı  |     22:28 Süni intellektə kobud davranmaq alınan cavabların dəqiqliyinə necə təsir edir?  |     22:27 Prokuror Tağı İbrahimova ağır cəza istədi  |     22:27 DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?  |     22:26 Sərxoş halda polis idarəsinin hasarını aşdı, həbs edildi  |     22:24 Direktorların vatsap qrupunda qalmaqal  |     22:18 İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi  |     22:08 "Qarabağ"ın "Çelsi" ilə oyununa satılan biletlərin sayı açıqlanıb  |     21:53 Bakıda restoranda qadınlara söz atan şəxs həbs edildi  |     21:44 Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər  |     21:31 İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq  |    

Müştərilərin Antalya arzusunu ürəyində qoyan daha bir dələduz turizm şirkəti

Vətəndaşlar bu il daha bir turizm şirkəti tərəfindən dələduzluğa məruz qalıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı zərərçəkmiş Elmir Sadıqlı verib. Elmirin sözlərinə görə, o və dostları ayrı-ayrılıqda “Like Travel” adlanan şirkətə 4200 manat ödəyərək Antalyaya tur-paket almaq istəsə də, şirkət tərəfindən dolandırılıb:

“İyulun 6-sı 3 dostumla birgə Antalyaya tur-paket almaq üçün “Like Travel” adlanan şirkətə yaxınlaşdıq. İlkin ödəniş olaraq 700 AZN ödədik. Şirkətin direktoru Azər Şükürovla razılaşdıq ki, uçuşa 15 gün qalmış növbəti ödənişi edərik. Ümumilikdə ödənişimiz isə 4200 AZN təşkil edirdi ki, bu paketə 4 nəfərin otel, təyyarə biletləri daxil idi.

Növbəti 3500 AZN ödənişi iyulun 18-də şirkətin digər ofisində ödədim. Azər Şükürov sabah, yəni ayın 19-da vauçerlərimizi götürə biləcəyimizi dedi. Ancaq bu sabahlar uzandıqca uzandı. Biz otellə əlaqə saxladıq, heç adımıza rezervasiya bele edilmədiyini öyrəndik. Bundan sonra aldadıldığımızı hiss edərək ofisə yaxınlaşdıq. Orada bildik ki, bizimlə yanaşı 20-30 nəfər də aldadılmış şəxs var.

Ödədiyimiz məbləği geri tələb edəndə Azər Şükürov pulu xərclədiyini bildirdi və geri qaytaracağını vəd etdi. Sonra öyrəndik ki, 31 avqust tarixində gecə ilə Azər Şükürov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

Biz də eyni zamanda rəsmi olaraq 102-yə şikayət etmişik. 20-ci Polis bölməsində izahatımızı aldılar və bildirildi ki, eyni şikayətlə bağlı 25 nəfər müraciət edib. Ümumi olaraq insanlardan 70-80 000 AZN çərçivəsində pul mənimsənilib.

Ancaq 10-12 gün sonra Azər Şükürov azadlığa buraxılıb. Bakıdan qaçaraq Kürdəmir rayonunda gizləndiyini öyrənmişik.

Hər dəfə zəng edəndə, evini satıb borcumuzu ödəyəcəyini söyləyir. Biz pulumuzu geri ala bilmirik. Şikayətlərimizə baxılmadığı üçün mediaya müraciət etmək məcburiyyətində qaldıq”.

İttihamlarla bağlı şirkətlə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 614 10.09.19 19:18