Bakı şəhərinin Nizami rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, ümumi sahəsi 20 kvadratmetr olan birmərtəbəli 2 otaqlı ev yanıb.
Bitişik evlər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.