Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

İş adamı Bakının mərkəzində özünü yandırdı

07.09.2019 21:09 1 780
İş adamı Bakının mərkəzində özünü yandırdı
Bu gün günorta saatlarında sahibkar, “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırmağa cəhd edib.

Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, idarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar.

Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq.

İntihara cəhd edən sahibkar Mədət Quluzadə özü isə bildirib ki, İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələr) müəmmalı şəkildə yoxa çıxıb. Onun sözlərinə görə, məhkəmə bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq “Ulduz-Elektron” MMC-yə ödənilsin. Amma o, hələ də kompensasiyanı ala bilməyib.
M. Quluzadə deyib ki, təzminat məsələsinə görə, hazırda gətirdiyi yüklər də gömrük nəzarətindən buraxılmır: "Mən bu gün Bakı Baş Gömrük İdarəsinə getdim ki, mallarımı götürüm. Amma onlar mənim bütün mallarımı plomblayıblar. Başqa çıxış yolum qalmadığı üçün intihara cəhd etdim”.

DGK-nin mətbuat xidmətindən isə bildirilib ki, sahibkarın dedikləri həqiqəti əks etdirmir və yalandır.

Mədət Quluzadə hazırda 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsindədir. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Son xəbərlər